"Qardaşımla ömür boyu yola getməmişik. Ömür boyu o məni döyüb. Mən sözə qulaq asmırdım. Qapını bağlayırdılar mən pencərədən qaçırdım. Pencərəni bağlayırdılar qapıdan qaçırdım. Yəni mən o qədər aktiv uşaq olmuşam. Ailəm istəyirdi ki, evdə oturum, dərs oxuyum, evdə yemək bişirim. Amma mən elə olmamışam. Xəyal qurdum ki, qardaşım getsin başqa şəhərdə yaşasın. Elə də oldu. O hazırda Amsterdamda yaşayır. Bir ara bir-birimizdən küsmüşdük. Görürsən ki, o, yenə də qarışır işlərimə".
Milli.Az bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həftənin qonağı" verilişinə müsahibəsində deyib.
Sənətçi qardaşı ilə gərgin münasibətlərindən söz açıb:
"Məni neçə il idi ki, qardaşım görmürdü. Onunla konsertdə getmişdim. Məni görüb deyir ki, bu nə dodaq boyasıdır çəkmisən dodağına. Cavab olaraq ona söylədim ki, mən artıq böyük xanımam və mənim özüm boyda qızım var. Sən nə danışırsan? O ailəsində bu xasiyyətini göstərmir. Məhz mənə qarşı belədir". /Olay.az
Milli.Az