Şou-biznes

Yakuboviçin 1 milyardlıq VİLLASI üzə çıxdı

27 Fevral 2025 18:28
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Pole Çudes" verilişinin məşhur aparıcısı Leonid Yakuboviçin gizli saxladığı mülkü üzə çıxıb.

Milli.Az bildirir ki,  villanın qiyməti 1 milyard rubldur (təxminən 19 milyon manat)

Sözügedən qəsr Moskva vilayətinin İstra rayonundakı Velednikovo kəndində 30 hektar ərazidə yerləşir.

Yakuboviçin Moskvanın Xamovnikidəki bir binanın bütün mərtəbəsini tutan 10 otaqlı mənzili də var. Evin dəyəri 202 milyon rubl (təxminən 3,9 milyon manat) olaraq qiymətləndirilir

79 yaşlı aparıcının bundan başqa Moskva yaxınlığındakı Odintsovo rayonunun Sivkovo kəndində kiçik evi və 43 metrlik hamamı var. Qiyməti isə 16 milyon rubldur (təxminən 313 min manat). /Olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.