Şou-biznes

"Mənə deyilməyib ki, bu nə açıq-saçıq geyimdi"

25 Fevral 2025 17:24
Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, elə də geyinməkdə davam edirəm. Mənim öz zövqüm var".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. Müğənni Sənətçi cəmiyyətdə tez-tez müzakirə olunan geyim mövzusu ilə bağlı bu fikirləri səsləndirib:

"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb. Misal üçün deyilməyib ki, bu nə geyimdir, bu niyə belə açıq-saçıqdır və ya bu bağlıdır. Evimizdə müzakirə olunur ki, ikiüzlülük, yalan danışmaq, oğurluq etmək, ev yıxmaq, xəbərçilik etmək olmaz. Bizim ağlımıza gəlməyib ki, kiminsə geyiminə baxıb rişxənd edək. Çünki hər insanın öz daxili dünyası var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.