Şou-biznes

“Qoca kişidir, qırmızı geyinib gəlib” - Efirdə QALMAQAL - VİDEO

24 Fevral 2025 19:53
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist və yazıçı Anar Vəziroğlu qalmaqal yaşadığı meyxanaçı Rüfət Nasosluya efirdə söz atıb.

Milli.Az bildirir ki,  hadisə hər iki məşhurun ekspert qismində iştirak etdiyi "Səni axtarıram" verilişində yaşanıb.

Vəziroğlu müəyyən problemlərini həll etmək üçün sözügedən proqrama pənah gətirən Marina adlı qadının qırmızı libasına təriflər yağdırıb.

"Marina cavan qızdır və çox gözəl geyinib" deyərək Marinanın yanında əyləşib.

Bundan sonra isə Anar daha əvvəl aralarında mübahisə yaşandığı Rüfətin geyimini lağa qoyub.

"59 yaşı var, qoca kişidir, qıp-qırmızı geyinib. Mən bax bundan utanıram. Onun gödəkçəsinə və ayaqqabısına baxın. Dəhşət də budur", - deyə Vəziroğlu bildirib.

Meyxanaçının bu anda jurnalistə cavabı gecikməyib.

"Anar bəy sizin zövgünüz yanıb. Mən onun heç bir sözünü ciddiyə almıram", - deyə Rüfət vurğulayıb. /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.