İdman

Azərbaycanlı rəqibinə qalib gələn Türkiyə idmançısından böyük jest - VİDEO

14 Mart 2025 21:49
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, +81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Aynur Rzayeva 1/4 final mərhələsində Türkiyə təmsilçisi Elif Günerə məğlub olub. 37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.

Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.

Qeyd edək ki, Güner bu qələbə sayəsində dünya çempionatının bürünc medalını təmin edib. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.