Dünya

NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik

15 Mart 2025 00:48
Baxış: 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Milli.Az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.

Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.

O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: "Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək".

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.