Şou-biznes

Murat Dalkılıç və Merve Boluğur yenidən birlikdədir? - FOTO

19 Fevral 2025 17:07
Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sosial şəbəkələrdə müğənni Murat Dalkılıç və aktrisa Merve Boluğurun yenidən münasibətə başladıqları iddia edilib.

Milli.Az xəbər verir ki, lakin bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Sosial mediada yayılan xəbərlərə görə, cütlüyün barışdığı iddia olunsa da, hər iki tərəf bu barədə heç bir açıqlama verməyib. Oxşar söz-söhbətlər daha əvvəl də yayılmış, lakin Merve Boluğur və Murat Dalkılıç bu iddiaları təkzib etmişdi.

Xüsusilə 2023-cü ildə Murat Dalkılıçın Merve Boluğurun yaşadığı küçədə görüntülənməsi şayiələri gücləndirmiş, Boluğur isə buna "Mənim küçəmdə başqa bir qaraşın var" sözləri ilə cavab vermişdi.

Hazırda cütlüyün barışması ilə bağlı hər hansı rəsmi açıqlama və ya sübut yoxdur. Yayılan iddiaların həqiqət olub-olmadığı isə zamanla bəlli olacaq.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.