"Əsl sevənlər üçün sevginin günü olmur. Onların öz bayramları olur: tanış olduqları gün. Onların sevimli məkanları, sevdiyi mahnıları olur. Uzun uzadı söhbətləri, vaxtsız-vədəsiz hədiyyələri olur. Küsülü olsalar da, barışsalar da sevirlər. Hətta ayrılsalar da sevirlər".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Elcan Rəsulov sosial şəbəkədə yazıb. "Sevgililər günü" ilə bağlı paylaşım edən Elcan bunları yazıb:
"Bu başqa hiss, başqa duyğudur. Onlar heç 14 fevral filan nədir hiss etmirlər. Məncə, 14 fevralı qarşı tərəfin ürəyini fəth etmək istəyənlər, qarşı tərəfdən nəsə gözləyənlər, yeni tanış olanlar bayram edir. Hətta bu günə az qalmış tanış olanlar olur ki, sevgili adıyla nəsə hədiyyə qazansın. Sevgini bildirmək üçün bir bəhanə günüdür bəlkə də... Amma hər bir halda, sonu sevgi ilə bitən hər iş gözəldir. Allah sizi heç vaxt sevdiyinizin yanında utandırmasın. Sevən üçün ölümə bərabər hissdir. Həmişə hər şeyə gücünüz çatsın, inşallah". /Axşam.az
Milli.Az