Şou-biznes

Hadisə serialdan sərvət qazandı - Gəliri açıqlandı

14 Fevral 2025 21:54
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur müğənni Hadisə IMDB-də ən aşağı reytinq alan seriallardan biri olan "Esas Oğlan"dan böyük gəlir əldə edib.

Milli.Az xəbər verir ki, Seda Bakan, Şükrü Özyıldız və Serhat Teoman ilə birlikdə rol aldığı bu 8 seriyalı serial, həddindən artıq ədəbsiz səhnələri və aşağı keyfiyyəti səbəbindən tənqid atəşinə tutulub.

Buna baxmayaraq, Hadisənin layihədən tam 10 milyon TL qazandığı məlum olub.

IMDB-də cəmi 2.1 bal toplayan serial "Sihirli Annem" remeykindən sonra ən pis ikinci rəqəmsal platforma serialı seçilib.

Xatırladaq ki, Hadisə isə bir müddət əvvəl serialın rejissoru ilə münasibətdə olduğunu açıqlamışdı.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.