Şou-biznes

"Atamı evdən gəlib həbsxanaya apardılar"

14 Fevral 2025 14:44
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elton Hüseynəliyev ailəsi ilə bağlı etiraf edib.

Milli.Az xəbər verir ki,  sənətçi qonaq olduğu "Gün ortası" verilişində bildirib ki, atası dayısının şəri ilə həbsə düşüb. 

"Atam altıncı kalonda cəza çəkirdi. Atam dayısının şəri ilə həbs olunub. Biz evdə oturmuşduq. Mübahisə yarandı. Mənim rəhmətlik əmim ruhi xəstə olduğuna görə onun dayısı cəzaçəkməyə gedəcək, o isə ruhi xəstəxanaya gedəcəkdi. İzahatında yazmışdır ki, Əşrəf Hüseynəliyev də orada olub. Birinci atamı elə evdən gəlib həbsxanaya apardılar. Atam bir il cəza çəkdi. Ondan sonra onun dayısı Orduxan getdi və onun izini - tozunu görmədik. İkinci dəfə isə atam içkili olub, avtomobildə onu yuxu tutub. Sürücü atamı oyada bilməyib. Onu hansısa polis bölməsinə aparıb. Bax belə qarmaqarışıq məqamlar və hadisələr yaşanıb. Yəni mənim atam heç kimin qəlbinə dəyən insan olmayıb. Amma onun nədəsə günahı olmuşdur ki, cəza çəkib. Mən halal ata və ananın övladı olmuşam", - deyə Elton vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.