Şou-biznes

"Mən təkrarsızam"

16 Fevral 2025 05:05
Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir şeyi çox dəqiq və əminliklə bilirəm - gözəl mahnının sözlərində deyildiyi kimi: var olacaq, yox olacaq, amma məndən bir də, bir də olmayacaq".

Milli.Az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında yazıb. Sənətçi öz ünvanına təriflər yazıb.

"Hər insan bu dünyada bir dəfə yaşayır, hər kəs özünəməxsusdur. Mənim düşüncələrim, hisslərim, yaşadıqlarım, yaratdıqlarım yalnız mənə məxsusdur. Heç kim mənim kimi gülə, sevə, xəyal qura bilməz. Buna görə də, həyatımı ən gözəl şəkildə yaşamaq, iz qoymaq, xatırlanacaq anlar yaratmaq istəyirəm. Çünki mən bir dənəyəm - təkrarsızam" deyə, Fatimə paylaşımında əlavə edib. /Axşam.az  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.