Şou-biznes

"Niyə də köçüb orada yaşamayım?"

9 Fevral 2025 23:47
Baxış: 4 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İngilis bizə gəlir ingilis dilində, biz ora gedirik yenə ingilis dilində danışırıq. Eləcə də, rus gəlir rus dilində danışır. Biz də ora gedirik rus dilində danışırıq. Bunu Dubayda olanda anladım. Ərəblə, ingilislə Azərbaycan dilində danışdım. Anladım ki, bizdə kompleks var".

Milli.Az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov yutubda yayımlanan "Səhnə adamı" layihəsinə açıqlamasında deyib. Elməddin ən böyük arzusunun Göyçə mahalına qayıtmaq olduğunu deyib:

"Deyirəm, bunu istəyirəm, neçəyədir. Deyirəm, ucuz verirsən? Dil tapır. Mən alıcı, o satıcıdırsa, satmaq üçün hər şey edir. Mənim dilimə hörmət etsin. Çoxluğun dilinə tabe olmalıdır. Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin. Dilimi çox sevirəm. Allah nəsib etsin Göyçə mahalında kəndimə qayıdım. Evimizi görmək arzumdur. Niyə də köçüb orada yaşamayım?". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.