Şou-biznes

Xalq artisti fırıldaqçıların qurbanı oldu: 9 milyonu "havaya uçdu" - FOTO

8 Fevral 2025 11:58
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Telefon fırıldaqçıları məşhur sovet balerinası, SSRİ Xalq artisti Qabriela Komlevanın doqquz milyon rublunu ələ keçirib.

Milli.Az xəbər verir ki, bu barədə "Mash na Moyke" Telegram kanalı məlumat yayıb.

Zərərçəkənin sözlərinə görə, ona ötən ilin payızında zəng etməyə başlayıblar. Fırıldaqçılar yaxşı qurulmuş sxem üzrə hərəkət ediblər. Onlar hüquq-mühafizə orqanlarını təmsil etdiklərini və xoreoqrafın vəsaitinin təhlükədə olduğunu bildiriblər. Onlar balerinanı inandırıblar ki, pulu qorumaq üçün onlara verməlidir.

Zərərçəkmiş pulu hesabdan çıxarıb. Noyabr ayında o, naməlum şəxslə görüşüb və pulu təhvil verib. Hadisə ötən il baş versə də, Qabriela Trofimovna bu barədə polisə ötən həftə xəbər verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq maddəsi ilə cinayət işi açıb. Onlar fırıldaqçıları axtarırlar.

Qeyd edək ki, Komleva bir çox klassik baletlərdə baş rolları ifa edib. O, RSFSR və SSRİ-nin Xalq artistidir. /Publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.