Şou-biznes

"Arada ona yazığım gəlir"

28 Yanvar 2025 23:39
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaq çox olanda adam deyir ki, biri bunu, o biri başqa şeyi etsin. Mən isə oğlumu çox yükləyirəm. Bir dənədir deyə, istəyirəm hər şey etsin. Arada uşağa yazığım gəlir. Elə bilirəm ki, iki-üç uşağın işini tək bu etməlidir. Şikayət etməz, onun üçün çalışırıq. Mənim bütün ümidlərim Emildir".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində deyib. Övladının təhsilindən danışan sənətçi bunları əlavə edib:

"Oğlumun gələcəkdə hansı vəzifədə olacağını fikirləşməmişəm. Fəxrəddin (həyat yoldaşı - red.) isə deyir ki, indi bilmək olmaz. Gərək zəmanəyə uyğun vəzifə seçsin. Əvvəl deyirdik həkim olsun. Özü isə deyir memar olmaq istəyirəm".  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.