Şou-biznes

Roza Zərgərli bədən quruluşundan danışdı

28 Yanvar 2025 00:50
Baxış: 1 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən özümü ideal bədən quruluşuna sahib qadın hesab etmirəm. Bədən formam xəstəliyimə görə qabarıqdır".

Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Roza Zərgərli deyib.

Açıq-saçıq geyinmədiyini söyləyən müğənni bildirib ki, bədən quruluşuna görə geyindiyi libaslar cəlbedici görünür:

"Bəzi titul verilmiş sənətçilər haqqında danışmaq istəmirəm, çünki onlar ümumiyyətlə geyinmirlər. Hər kəs özünə cavabdehdir. Amma məni nə vaxt həddən artıq açıq-saçıq geyimdə görmüsünüz? Cazibədar qadın olduğum üçün dar geyinəndə gözə çarpıram. Amma titullu ifaçılarımız var ki, ömür boyu lüt gəziblər".

Roza Zərgərli, həmçinin iştirakçısı olduğu "Maşın şou" verilişində aldadılmasından da bəhs edib.

"Həmin proqramda mən haqqın, ədalətin yolunda addımlayırdım. Hiylə quran insanlar kənardan bunu idarəetmə kimi görürdülər. Mən orada son üç gün dayana bilməzdim, çünki ayağımda problem var. Lakin hikkəmdən bunu etdim, məni aldadan insanlara uduza bilməzdim. Sona qalan üç nəfərlə qərarlaşdırmışdıq ki, üçümüz də eyni anda əl çəkərək qalib olub, maşını xeyriyyəyə verək. Amma onlar "Bundan sonra hərə özü üçün oynayır" dedilər", - müğənni söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.