Şou-biznes

Bloqer Şəhla tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib

27 Yanvar 2025 20:44
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Blogger Şəhla Həsənli "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. 

Milli.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin vəkili prosesə gəlmədiyi üçün təxirə salınıb. 

Əldə etdiyimiz məlumata görə, xanım bloggerin iddiasına görə tiktoker "Beniz" canlı yayımlarında onun qızını ölümlə hədələyib.

Eyni zamanda, xanım bloggerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşdırıb. 

Qeyd edək ki, "Beniz" ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir. 

Onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.

O, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. 

Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.