Şou-biznes

Bakıda ofisiantla müğənni arasında dava: onun VİDEOsunu yayaraq...

6 Yanvar 2025 20:39
Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda işlədiyi restoranda müğənnini təhqir edən ofisiant cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az bildirir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.

Restoranda ofisiant işləyən Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Şəfa Mustafayeva orada müğənnilik edən Mehriban S. ilə mübahisə yaşadıqdan sonra işdən çıxarılıb. Bundan sonra Şəfa "TikTok" sosial şəbəkəsində saxta hesab yaradıb və müğənninin fotolarından ibarət video hazırlayaraq üzərinə təhqiramiz ifadələr yazmaqla paylaşıb.

Müğənni videodan xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Mehriban S-in xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə qaldırdığı şikayət Abşeron Rayon Məhkəməsinə istiqamətləndirilib. Məhkəmədə Şəfa Mustafayeva törətdiyi əməli etiraf edib. Ona 1000 manat cərimə kəsilib. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.