Şou-biznes

Məşhur filmdəki qalmaqallı səhnə ilə bağlı etiraf - Rejissor dedi ki... - FOTO

3 Dekabr 2024 14:30
Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli aktrisa Margot Robbie ( Marqot Robbi ) "The Wolf of Wall Street" filmindəki qalmaqallı səhnənin tamamilə özünün ideyası olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, "Turner Classic Movies"in "Talking Pictures" podkastında Ben Mankiewicz-ə verdiyi müsahibədə Robbie 2013-cü il tarixli film barədə danışıb.

Robbie bildirib ki, rejissor Martin Scorsese ona paltarsız olmaqdansa əyninə nəsə geyinməyi təklif edib, amma aktrisa bununla razılaşmayıb. O, səhnənin əsas məqsədinin "Naomi"nin paltarsız şəkildə çıxması olduğunu qeyd edib.

Bundan əlavə, Robbie bildirib ki, Dikaprionu vurmaq da onun şəxsi qərarıdır. O, əvvəlcə qərarını düşünərək, bu addımın səhv olacağını düşündüyünü, amma DiCaprio və Scorsesenin gülərək onun təşəbbüsünü bəyəndiklərini deyib.

Qeyd edək ki, filmin çəkilişi zamanı Marqotun 22 yaşı olub. O, filmdə Naomi Lapaglia rolunu canlandırıb və bu obraz səhm ticarəti ilə məşğul olan və əslində isə fırıldaqçı Jordan Belfortun ( bu rolu Leonardo DiCaprio canlandırır ) sevgilisidir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.