Şou-biznes

Mehmet Ali Erbil və Sərdar Ortaçın cəzası bəlli oldu - VİDEO - FOTO

11 Noyabr 2024 22:04
Baxış: 5 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:04

Sosial mediada qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə saxlanılan şoumen Mehmet Əli Ərbil ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Axşam.az xəbər verir ki, çıxarkən jurnalistlərin suallarını cavablandıran Ərbil bunları deyib:

"Qanunsuz mərc oyunlarının əleyhinə olduğumu sosial şəbəkədə dəfələrlə demişəm. Açılış üçün Maltaya getdik və Serdar Ortaçla özümüzü belə bir mühitdə gördük. Dedilər ki, siz xəstələrə kömək edəcəksiniz, biz orada MS xəstələrinə, xərçəng xəstələrinə kömək etməyə çalışdıq. Amma məsələni başqa yerə apardılar. Belə bir məsələnin içində olduğum üçün çox peşmanam".

Qeyd edək ki, bu gün Sərdar Ortaç da eyni səbəbdən hakim qarşısına çıxarılıb və ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

-------------
21:42

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil saxlanılıb.

Axşam.az-ın məlumatına görə, qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç, Ərbil və digər saxlanılan şəxslər məhkəməyə aparılıb.

Hakim qarşısına çıxarılan Ortaç ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir.

Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.

-----------
19:08

Aparıcı Mehmet Ali Erbil həbs olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, məhkəmə zalından polislərlə aparılarkən yaxınlarına məlumat verib.

"Həbs olundum" , - deyə, Erbil bildirib.

Qeyd edək ki, aralarında Serdar Ortaçın da yer aldığı 20 nəfər qanundan kənar mərc oyunlarına görə həbs olunub.

-------

12:29

Türkiyənin bəzi məşhur simaları ilə bağlı istintaq başladılıb.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu "qeyri-qanuni mərc oyunlarını təşviq etmə" iddiası ilə bağlı apardığı istintaqda, aralarında blogerlərin və bəzi məşhur adların da olduğu 20 şübhəli müəyyən edib.

İddiaya görə, 20 şübhəlinin içərisində müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil də yer alır. 

Əməliyyat zamanı Mehmet Ali Erbil və 15 şübhəli saxlanılıb.

Sərdar Ortaç və digər şübhəlilərin tutulması istiqamətində isə tədbirlər davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.