Bütün zamanların ən məşhur adamının adı AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox dünya ulduzları dünyanın ən məşhurları hesab olunur, xüsusən də istifadəçilər əvvəllər bütün zamanların ən yaxşı aktyoru kimi Morqan Frimanı seçiblər.
Bu dəfə isə istifadəçilər müxtəlif fəaliyyət sahələrinin nümayəndələri arasında ən populyar ulduzu müəyyən ediblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ListChallenges portalında dərc olunan reytinqdə məşhur müğənnilər, aktyorlar, aparıcılar və hətta siyasətçilər də yer alıb.
Ancaq sənətçi fəxri birinci yerə layiq görülüb. Şübhəsiz deyə bilərik ki, onu dünyada demək olar hər kəs tanıyır, çünki onun istedadı və üslubu çoxları üçün əsl etalona və nümunəyə çevrilib. Belə bir adam 2009-cu ilin iyununda dünyasını dəyişən amerikalı müğənni Maykl Cekson olub.
Onun mahnıları musiqi sənayesini sözün əsl mənasında dəyişdirən hit olub. Bu sənətçinin fenomeni ondan ibarətdir ki, ölümündən sonra unudulmadı, əksinə, onun ifaları daha da populyarlaşdı və bir çox başqa sənətçilər bu məşhurun üslubunu təqlid etməyə çalışıblar.
Cekson saytda rekord 2925 səs toplayıb və bu ona qələbə gətirib.
İkinci yerdə eyni dərəcədə məşhur şəxs - Böyük Britaniyanın keçmiş kraliçası II Yelizaveta qərarlaşıb. Ondan çox da geri qalmayıb, cəmi 20 səs fərqi ilə bu reytinqdə bürünc qazanan müğənni Elvis Presli olub. Maraqlıdır ki, bu məşhurların hamısı artıq həyatda olmasalar da, əldə etdikləri nailiyyətlərə görə hələ də xatırlanır və hörmətlə qarşılanırlar.
Yeri gəlmişkən, istifadəçilərdən 200 namizəd arasından dünyanın ən məşhur şəxsini seçmək istənilib. Reytinqdə belə ulduzların adlarını da görə bilərsiniz: Madonna, Pol Makkartni, Lionel Messi, Conni Depp, Uill Smit, Elton Con, Ledi Qaqa, Ancelina Coli, Van Qoq, Selin Dion, Beyons və başqaları.
Maykl Cekson haqqında nə məlumdur
Maykl Cekson məşhur amerikalı müğənni, rəqqas və bəstəkardır və tez-tez "Pop kralı" adlandırılır. O, karyerasına The Jackson 5 uşaq qrupunda başlayıb və sonradan solo ifaçı kimi dünya şöhrəti qazanıb. Onun albomu Thriller (1982) dünyada ən çox satılan albom olub. Cekson yenilikçi rəqs hərəkətləri, xüsusən də məşhur "ay gəzintisi" ilə tanındı.
Nəhəng uğurlarına baxmayaraq, müğənninin həyatı çoxsaylı qalmaqallarla, o cümlədən ittihamlar və şəxsi problemlərlə dolu idi. Maykl 2009-cu il iyunun 25-də vəfat edib, lakin onun musiqi irsi yaşayır və müasir mədəniyyətə təsir etməkdə davam edir. Onun hitləri arasında "Man in the Mirror", "Smooth Criminal", "Billie Jean", "Beat It" var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”





