Şou-biznes

"Tək arzum xanımımla birlikdə ölməkdir"

1 Noyabr 2024 16:50
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var, o da həyat yoldaşımla bu dünyadan birlikdə köçək. O da Allahın bilən məsləhətdir".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "7 tamam" verilişində deyib. İfaçı həyat yoldaşından danışıb:

"Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma bizim aramızda həmin hörmət hələ də var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının işi deyil məni yola versin. O, ailə quranda anam dedi ki, arvad olmaq istəyirsənsə, onunla ayaqlaş. Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi, məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam. Vaxt var idi onları mənə görə tanıyırdılar. Amma indi deyirlər, Elçinin atasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.