Şou-biznes

Talıb Tale vergi borcundan danışıb

19 Oktyabr 2024 17:39
Baxış: 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vergi borcumun olduğunu iki gün öncə ölkəni tərk edərkən bildim".

Milli.Az xəbər verir ki, bu sözləri axu.az-a vergi borcu barədə danışarkən müğənni Talıb Tale deyib.

O, borcunu ölkəyə qayıtdıqdan sonra ödəməyi planladığını deyib.

"Mən telefonun mesaj bölməsinə çox baxmıram, iki gün öncə Azərbaycandan çıxarkən vergi borcumla bağlı mesajı gördüm. Oktyabrın 20-nə qədər vaxtım olduğu üçün ölkəyə qayıdarkən bunu ödəməyi düşündüm. Orada göstərilən yığılan vergidir, onu ödəmək üçün vaxtım var hələ. Bunu vergidən yayınmaq kimi qarşılamasın kimsə. Hər kəsi vergilərini vaxtlı-vaxtında ödəməyə, bundan yayınmamağa çağırıram", - deyə müğənni bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.