Şou-biznes

“One Direction”ın ulduzu faciəvi şəkildə öldü - Yenilənib - FOTO

17 Oktyabr 2024 08:57
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:57

Müğənni Liam Peynin qaldığı hotel otağından fotolar yayılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sözügedən görüntüləri Argentina mətbuatı yayıb.

Məlum olub ki, alkoqol və ya narkotikin təsiri altında olduğu ehtimal edilən Liam otağa da zərər yetirib.

Otaqdakı televizorun ekranı tamamilə dağıdılıb, hamamda isə bəzi maddələr aşkar edilib.

----------
06:37


Britaniyalı müğənni və "One Direction" qrupunun keçmiş üzvü Liam Peyn Argentinanın paytaxtı  Buenos-Ayresdəki hotelin qarşısında ölü tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "La Nacion" nəşri məlumat yayıb.

Bildirilib ki, 31 yaşlı sənətçi Palermo ərazisində hotelin üçüncü mərtəbəsindən yıxılıb.

Qeyd edək ki, Peyn Britaniyanın "One Direction" qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edirdi. Qrup 2016-cı ildə dağıldı, bundan sonra Peyn solo çıxış etməyə başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.