Şou-biznes

“Bacım mənə qaraciyərini verdi, özü isə...” - VİDEO

17 Oktyabr 2024 20:00
Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaq vaxtı mən "Hepatit B" virusuna yoluxdum. Amma o zamanlar bu virusa yoluxduğumu tam dəqiqliklə bilmirdim çünki 1990-ci illərin əvvəli idi və o zamanlar vəziyyət çox çətin idi. Bakıda olan analizlər "B"-yə yoluxduğumu göstərə bilmədi. Rəhmətlik babam infeksion xəstəliklə üzrə professor idi. O dedi ki, sənin bütün göstəricilərin "B"-dir. Bu xəstəlikdə uşaqlıqdan məndə var idi. Sonra Bakıya bu xəstəliyin düzgün aşkara çıxarılması ilə bağlı yeni aparatlar gələndə mən yoxlanışdan keçdim. Sübut olundu ki, mən "Hepatit B" xəstəliyinin daşıyıcısıyam. Müalicələr alsam da amma nəticəsi o qədər də effektli olmadı. Bununla əlaqədar Belorusiyaya, Almaniyaya və dəfələlə Türkiyəyə də getmişdim. Amma bu 10-15 il çəkən prosesdir. Puldan danışmaq da istəmirəm. Çünki bütün pullar məni müalicələrimə gedirdi".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.

Uşaqlıq illərindən qaraciyər sirrozundan əziyyət çəkdiyini söyləyən sənətçinin qardaşı xəstəliyi, müalicəsi və ona donor olan bacısından danışıb:

"Sirroz xəstəliyinin yeganə müalicəsi qaraciyər transplantasiyasıdır. Donor məsələsi ortaya çıxanda çoxlu nüanslar əmələ gəlir. Hətta yaxın insanlar öz orqanlarını vermirlər, kömək etmirlər. Bacım Nərminə əziyyət vermək və onu təhlükəyə salmaq istəmədim. Uzun zaman ona demədim ki, mənə sırf donor lazımdır. Bacım mənə dəfələrlə deyirdi ki, sənə biz necə kömək edə, dəstək ola bilərik. Mən bir dəfə dedim ki, bu donor məsələsidir. O heç fikirləşmədən cavab verdi ki, donoru niyə axtarırsan ki, donor var. Sual verdim ki, kim? O cavab verdi ki, donor mən olacağam. Onun xasiyyətini və mənə bununla bağlı "hə" deyəcəyini bilirdim. O mənə çox böyük bir dəstək oldu. Bu nəyin ki, dəstəkdir, mən bacım Nərminə görə indi yaşayıram".

Türkiyədə əməliyyat olunan Kamran bildirib ki, əməliyyatdan sonra ona qaraciyərini verən bacısı Nərminin səhhəti qəfil pisləşib:

"Əməliyyat  günü mənim vəziyyətim yaxşılaşdı. Ancaq Nərminin səhhətində böyük problemlər oldu. Biz onun üçün çox qorxduq. Ona görə çox narahat oldum. Axı onun bu vəziyyətə düşməsi mənə görə oldu. Onunla dəfələrlə danışanda deyirdim ki, bəlkə lazım deyil. O isə bu söhbəti etməməyimi deyirdi. 8 saat mənim əməliyyatım çəkdi. İnsanlar trasplantasiya əməliyyatından sonra daha da yaxın olurlar. Nərminlə onsuzda yaxın idik, amma bu əməliyyatdan sonra daha da yaxın olduq. Ağrılar olanda bacımı fikirləşirəm. Başım ağrayanda dərhal Nərmin zəng edib halımı soruşur. Deyir ki, hiss elədim ki, pissən. Nərmin haqda danışanda kövrəliyəm. Nərmin yanımda heç zaman ağlamır. Bilirəm ki, o tək olanda mənim üçün ağlayır. Hər zaman bir yerdə olacayıq, hər şey yaxşı olacaq. Sən mənə həyat verdin buna görə çox sağol".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.