Şeyma Subaşı braziliyalı sevgilisi Marlon Teyşeyra ilə paylaşım edib.
Milli.Az olay-a istinadən bildirir ki, o, eşq yaşadığı bəylə əl-ələ şəklini izləyiciləri ilə bölüşüb. Bundan əlavə, tətil fotolarını paylaşan Subaşının postu maraqla qarşılanıb.
Qeyd edək ki, Marlon dünya miqyasında tanınan bir moda simasıdır. 6 sentyabr 1991-ci ildə Braziliyanın Santa-Katarina əyalətində anadan olub. O, bir çox prestijli moda evi və markaların üzü olub, "Versace", "Dolce & Gabbana", "Armani", "Roberto Cavalli" kimi tanınmış brendlərlə əməkdaşlıq edib. Bundan öncə bir dəfə evlənib boşanan sənətçinin bir qız övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun