"Yaraşan qədər açıq geyimləri daşımağı cəsarət hesab etmirəm".
Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri instaqramda sual-cavab zamanı Əməkdar artist Lalə Məmmədova yazıb.
O, bir istifadəçinin "Lalə xanım, böyük sənətkarsınız. Daha cəsarətli geyimlər, rəqslər və pop ifalar olacaq" sualına bu cavabı verib:
"Mənim üçün cəsarət daha böyük işlərdə hamının bacarmadığı bir gücdür. Səhnə adamlarının repertuarına uyğun (vulqar görünməyən ) açıq geyimdə olması normaldır. Təbii ki, bədən ölçüləri buna imkan verirsə... Yeni ifaları isə gözləyin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun