“Açıq geyimləri daşımağı cəsarət hesab etmirəm”

13 Avqust 2024 05:05

"Yaraşan qədər açıq geyimləri daşımağı cəsarət hesab etmirəm".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri instaqramda sual-cavab zamanı Əməkdar artist Lalə Məmmədova yazıb.

O, bir istifadəçinin "Lalə xanım, böyük sənətkarsınız. Daha cəsarətli geyimlər, rəqslər və pop ifalar olacaq" sualına bu cavabı verib:

"Mənim üçün cəsarət daha böyük işlərdə hamının bacarmadığı bir gücdür. Səhnə adamlarının repertuarına uyğun (vulqar görünməyən ) açıq geyimdə olması normaldır. Təbii ki, bədən ölçüləri buna imkan verirsə... Yeni ifaları isə gözləyin".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun