"Ağadadaşa vurulan yumruq mədəniyyətimizə vurulan yumruqdur" - Elçin Hüseynov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə xəstəxanada mühafizəçi işləyən şəxs arasında insident yaşanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənət adamları müğənni ilə bağlı paylaşım edərək, ona dəstək olublar.
Əməkdar artist Abbas Bağırov bildirib ki, özəl klinikalarda çalışanlar pasientlərlə kobud rəftar edirlər:
"Ağadadaş Ağayevi çox yaxşı tanıyıram. Onun səbrli, təmkinli olduğuna bələdəm. Bir çox özəl klinikalarda gələn posientlərlə rəftar çox kobuddur, bəzi hallarda etik norma belə qorunmur. O mühafizəçi nə olsa da polis çağırıb, hər şeyi aydınlaşdırmalı idi. Bu cür hallar olmamalı idi. Bir çox özəl klinikaların əməkdaşları başlarını soxub telefonun içinə və telefonla oynamaqdansa, işlərinə diqqət və nəzakət göstərsinlər".
Müğənni Günay İbrahimli paylaşımında bildirib ki, A.Ağayevə qarşı tərbiyəsiz davranış nümayiş edilib:
"Sosial şəbəkələrdə bizim dəyərli sənətkarımız, Xalq artisti, canlı əfsanə Ağadadaş Ağayevin görüntüləri qarşıma çıxdı. Çox məyus oldum və üzüldüm. Açığı orada baş verən hadisənin detallarından xəbərsizəm. Aidiyyatı orqanların məsələni yüksək şəkildə qiymətləndirəcəyinə əminəm. Ağadadaş müəllim yaşlı insandır, 67 yaşı var. Biz hər zaman ağsaqallara, böyüklərə hörmət qoymuşuq. Uca tutmuşuq. Bizdən sonra dünyaya gələn övladlarımız bilməlidir ki, böyüklərə hörmət qoyulmalıdır. İstənilən insan əsəbiləşə, fors-major baş verə, affekt vəziyyəti ola bilər. Özündən çıxar. Qeyri-iradi hərəkətlər edə bilər. Biz insanıq, robot deyilik, yazılmış proqramla hərəkət etmirik. Amma Ağadadaş müəllimə qarşı bu davranış heç etik deyil. Çox tərbiyəsizcəsinə davranışdır. Yerə yıxılan şəxsə insanlar kömək etmir, yerdə zərbələr endirilir. Hətta kənara çəkilən Ağadadaş müəllimə kimsə yaxınlaşmır. Bizə yaraşmır yerə yıxılan insana təpiklə zərbələr endirmək və bunu kənardan seyr etmək. Axı biz Azərbaycan xalqıyıq. Biz sənət insanları, ictimai fiqur olaraq Ağadadaş müəllim kimi dəyərli şəxsiyyətləri qorumalıyıq, dəstək olmalıyıq. Əminəm ki, məsələ düzgün qiymətləndiriləcək. Tək Ağadadaş müəllim yox, bütün insanların başına bu hadisə gələ bilər. Hər birimiz bir vətəndaş olaraq, öz xalqımızın nümayəndələrinə dəstək olmalıyıq. Yanında olmalıyıq. Bir birimizi qoruyaq. Biz Azərbaycan xalqıyıq".
Müğənni Rüfət Axundov "Bu hadisədən çox məyus oldum. Belə bir hadisənin xalqın sənətkarının başına gəlməsi məni çox üzdü. Ağadadaş müəllim hər birimizin sevdiyi, seçdiyi, hörmət etdiyi sənətkardır. Hər nə olubsa, səbrlə, təmkinlə həll etmək olardı. Xalqımızın sənətkarıdı, canlı əfsanədir. Bir az vicdanlı, diqqətli və həssas olmaq lazımdır.Tezliklə bu hadisənin ədalətli həll yolunun tapılacağına əminəm" sözləri ilə, Xalq artistinə dəstək olub.
Müğənni Elçin Hüseynov da A.Ağayevə dəstək olanlar sırasında yer alaraq, paylaşımında bunları yazıb:
"Açıq şəkildə görünür ki, məlum hadisənin qərəzli formada sürətlə ictimailəşdirilməsi Ağadadaş müəllimə qarşı aparılan kampaniya onun nüfuzuna kölgə salmaqdan ibarətdir. Bu yaşda insana küçənin ortasında, hər kəsin gözü qarşısında... Ağadadaş Ağayev həmçinin tanınmış bir Azərbaycan sənətkarıdır. "Heydər xalqım söyləyəcək" mahnısının ifaçısına qeyri-qanuni parklanma işinə baxan, el arasında "parkovşik" dediyimiz birinin əl qaldırması, ağır zərbələr endirib yerə yıxması, köməksiz vəziyyətdə olduğu halda təpiklə vurması bir sənətçı və Azərbaycan vətəndaşı kimi məni çox üzdü. Ona vurulan yumruq incəsənətimizə, mədəniyyətimizə və onu sevən çoxsaylı insanlara vurulan yumruqdur. Ümid edirəm ki, hüquq mühafizə orqanları həmişə olduğu kimi sözügedən məsələyə ədalətlə yanaşaraq obyektiv araşdırma aparıb hüquqi qiymət verəcək. Belə insanlar cəzalanmasa sənət adamlarının təhqir olunması, döyülməsi halları adiləşər və təkrar belə hadisələrlə qarşılaşa bilərik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
“Komedixana”nın aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
XƏBƏR LENTİ
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq





