Şou-biznes

Bu gün “Eurovision-2010”un ilk yarımfinalı keçiriləcək

25 May 2010 14:11
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az İTV-yə istinadən xəbər verir ki, yarış Oslodakı "Telenor Arena"da keçiriləcək. Ümumilikdə 39 ölkənin iştirak etdiyi müsabiqənin bu gecə baş tutacaq birinci yarımfinalında Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa və Portuqaliya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
 
Mayın 27-də keçiriləcək ikinci yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya çıxış edəcəklər.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya  və "Eurovision-2009"un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.