Bu gün “Eurovision-2010”un ilk yarımfinalı keçiriləcək
25 May 2010 14:11
Milli.Az İTV-yə istinadən xəbər verir ki, yarış Oslodakı "Telenor Arena"da keçiriləcək. Ümumilikdə 39 ölkənin iştirak etdiyi müsabiqənin bu gecə baş tutacaq birinci yarımfinalında Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa və Portuqaliya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Mayın 27-də keçiriləcək ikinci yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya çıxış edəcəklər.
Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və "Eurovision-2009"un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.
Milli.Az