“Atam-anam ömür boyu boşanmalar, davalar... ”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Röya Ayxan həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Milli.Az olay-a istinadən xəbər verir ki, estrada ulduzu bu barədə "Elgizlə izlə" verilişində qonaq olarkən danışıb. Pop kraliça deyib ki, uşaqlıq illərinə aid bir şəkli belə yoxdur:
"Redaktorunuz dedi ki, uşaqlıq şəklimi göndərim. Dedim ki, mənim uşaqlıq şəklim yoxdur. Atam-anam ömür boyu boşanmalar, davalar... Ağıllarına gəlməyib ki, bu uşaqların şəklini çəkək, böyüyəndə kiməsə göstərsinlər. Bir şəklim yoxdur ki, oğluma göstərim. Deyim, birinci sinifdə, belə olmuşam, 10 yaşımda belə olmuşam. Bir şəkil var. Anamgil 10 bacıdır, onun üstündə dava edirlər. Biri deyir, mənim uşağımdır, o biri deyir, mənim.
Mən də inanıram ki, bu, mənim xalam qızıdır. Onlarda elə sevgi olub ki, ömür boyu bir-birilərini qırıblar. Bizi unudublar. Ona görə də Hüseynə deyirəm ki, sən 9-cu sinifsən, vinetka üçün şəkil çəkdirəcəksən. İndi uşaqdır, anlamır. Böyüyəndə lazım olacaq. Biləsiniz ki, mən Röyanın 42 yaşı var. Amma şəkillərim 15 yaşımdan sonra çəkilib. Xalamgilin məhəllələrində çəkilib, həyətdə qara bir qız... Ona qədər mənim üçün bir şəkil də çəkməyiblər ki, onu göstərim. Altı aylıq olanda bir şəklim olmalıdır. O da dava ediblər, cırıq-cırıq olub. Bilmirəm, haradadır. Sizin redaktora da dedim ki, keyfimi korlamaq istəmirəm. Əslində korlanmaz, çünki 50 il qabaq olub. Mən o qədər rahatam ki... Çünki bütün həyatımı istəyərək yaşamışam. Birini sevmişəmsə, ayrılanda da onu insanlarla birgə yaşamışam. Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get, xoşbəxt ol. Bütün ailən də səninlə birlikdə xoşbəxt yaşasın. Dünyanın ən xoşbəxt qadınıyam. Çünki həyatımda siz varsınız. Adamın bu qədər qohumu olarmı? Bütün Azərbaycan mənim qohumumdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)





