Şou-biznes

Daha bir qalmaqal: Depardye bu dəfə jurnalisti yumruqladı

22 May 2024 14:36
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli fransız aktyor Jerar Depardye Romada jurnalisti yumruqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, son illərdə cinsi təcavüzdə ittiham olunan Depardye bu dəfə fotojurnalistə hücum ittihamı ilə gündəmə gəlib. Depardye onun fotolarını çəkən italyan fotojurnalist Rino Barillariyə yumruq vurub.

Barillari "Messaggero" qəzetinə açıqlamasında "Via Venetoda gedərkən onu gözəl bir xanımla gördüm və fotolarını çəkdim. O, yanıma gələrək üzümə 3 yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yox, 79 yaşım var. İndi xəstəxanaya gedirəm. Bu barədə polisə məlumat verəcəyəm" deyib.

Qeyd edək ki, Barillari ölkədə "paparassilər kralı" kimi tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.