Şou-biznes

Tənqid etdiyi kanalda yenidən işə başladı

27 Aprel 2024 12:35
Baxış: 1 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. 

Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyini söyləmişdi. 

"İşim yoxdur. Ancaq serialdayam, veriliş yoxdur. ATV kanalından uzaqlaşdım, mənimlə işləmək istəmədilər" deyə, o, açıqlamasında demişdi. 

Daha sonra onun "Kanal S"də işə başlayacağı xəbəri yayılmışdı. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.