Şou-biznes

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

15 Aprel 2024 22:30
Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib.

Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

"Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan 3 gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.