Şou-biznes

"Murdar məxluqlar sponsor axtarışına çıxıblar" - VİDEO

11 Aprel 2024 17:54
Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hərəsi çıxıb axtarır. Nə axtardıqlarını başa düşə bilmirəm".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Şəbnəmlə iç üzü" "YouTube" verilişində deyib.

Sənətçi həmkarlarını sərt şəkildə tənqid edib:

"Camahat ailəsindən, uşağından danışmağa abır edir, baxmayın da, ailədir, uşaqdır, bunlar özəl məsələlərdir. Bunlarsa çıxıb, mədəni dildə desək, sponsorlarından danışırlar. Bunun adı heç "sponsor" da deyil ee, bu insanlar sosial şəbəkədə açıq-aşkar axtarışa çıxıblar. Sosial şəbəkə onun üçün yaranmayıb ki, sizin kimi məxluqlar çıxıb, belə hərəkətləri ilə yaxşının da adını batırsın. Bu elə deyil, bunlar bir az kəm düşüncəli insanlardır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.