Məleykə AĞLADI: “Anam məni məcbur etdi ki, ailə qurum”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əvvəlcə atamı, daha sonra isə anamı itirdim. Onların ikisi də ürəyindən dünyasını dəyişib. Ailə həyatımı anama görə qurdum. O vaxt anam mənə söyləyirdi ki, mən gedəcəyəm, sən tək qalma... Hər şey nə olursa, qismətdir. Olmalı imiş... Nə yaxşı ki, Gülər qızım var. Nə yaxşı ki, anam məni məcbur etdi ki, ailə qurum. O anda həyat yoldaşım yanımda idi. Amma ruhən hər zaman tək idim. Qızım dünyaya gələndən sonra həyatım doldu".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artist Məleykə Əsədova qonaq olduğu "O üz" verilişində danışıb.
Sənətçi bildirib ki, anası dünyasını dəyişəndən sonra həyatı dəyişib və çox şeyləri itirib:
"Anamın sağlığında ətrafımda insanlar çox idi. Bilmirəm, nə idi... Anam dünyasını dəyişəndən sonra həyatımdan hər şey getdi. Həyatımda çox şeyi itirdim. Hətta çox-çox (ağlayır)... Anamdan sonra insanları tanıdım. Öz dünyama çəkildim. O balaca dünyama... O dünyada qızımla mən varam. Həyat keşməkeşlidir. Bu çətin həyatda zirehli paltar geyinib övladımı qoruyuram... İstəyirəm ki, o, addımlarını düzgün atsın".
Aktrisa ona pislik edənlərdən də söz açıb. Məleykə o şəxsləri Allahın məhkəməsinə tapşırıb:
"Hər zaman deyirəm ki, kim mənim haqqımı düşünürsə, kim haqqımda doğru-düzgün danışırsa, qəlbində düzgün fikirləri varsa, Allah o insanları qorusun. Kim mənə pislik edirsə, o qədər görürəm ki... Haqsız danışanların, yolumu kəsənlərin qarşısında hər zaman başımı uca tuturam... Mən aktrisayam və hər zaman da var olmalıyam. O insanları da qoy, Allah özü bilsin. Tək başına, zəhmətimlə vuruşaraq, bir gözüm ağlayıb, bir gözüm evdə gülərək övladıma doğru-düzgün, savadlı addım atmağa öyrədirəm".
Əsədova qızı Güləri sosial şəbəkələrdən uzaq tutmasının səbəblərindən də danışıb:
""Kaş, belə olmazdı" dediyim zamanlar çox olub. İnsanlar çox çətin olub. Özümüz görürük hər şeyi. Ona görə qızıma sosial şəbəkələrdən istifadə etməyə icazə vermirəm. İstəmirəm ki, o, mənfi şeylər görsün".
Aktrisa xoşbəxt ana və aktrisa olduğunu dilə gətirib:
"Mən xoşbəxt ana və xoşbəxt aktrisayam. Ümid edirəm ki, sona kimi xoşbəxt ana olaram. Xoşbəxtlik məhvumu anlarla olur. Tam xoşbəxt ola bilmərəm. Həyatdır, yaxşı da olar, pis də... Kaş ki, insanlar bir-birinə pislik etməsəydi".
Xalq artisti sosial şəbəkədə mənfi şərhləri oxumadığını bildirib:
"Mən heç zaman mənə sosial şəbəkə hesabında yazılan neqativ şərhləri oxumuram. Mənə elə gəlir ki, o insan ki, ağzını açıb nələrsə danışırsa və ya nələrsə yazırsa, o öz daxili dünyasını büruzə verir. Normal insan belə şeylər edərmi? Qoy, Allah bilsin. Mənim məhkəməm Allahdır. Mən özümü kiçildib aşağıya cavab vermərəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
-
Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir





