“Boşanmış qadın nə qədər təmiz olsa da, ona kənardan pis gözlə baxırlar”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Boşanan qadınları hər zaman qınamışam. Anam deyirdi ki, "Leyla, dünya dağılsa da sən boşanmayacaqsan".
Bu sözləri azxeber.com-a müsahibəsində müğənni Leyla Rəhimova deyib.
O, ilk dəfə xəyanətlə bağlı suala cavab verib:
"Mən zamanında boşanan qadınları çox qınamışam, sonunda başıma gəldi. Baxırdım deyirdim ki, axı yoldaşı yaxşıdır, niyə boşanır? Mən ailə quranda dedim ki, nə də olsa, dözəcəyəm. Düşünürdüm ki, məni onun kimi sevən bir də olmayacaq. Mənim səhvim onda olub ki, mən heç vaxt özümü sevməmişəm və elə bilirdim ki, məni heç kəs sevməz. Onunla tanış olanda o qədər sevgi göstərdi ki, dedim elə budur. Birdən- birə heçnə olmur təbii ki. Bir il öncədən problemlərimiz başlamışdı. Amma anam hər zaman deyirdi ki, "Leyla, dünya dağılsa da sən boşanmayacaqsan". Mən bir şeyi hiss edirəmsə, o olur və boş yerə qısqanmamışam heç vaxt, səbəblər olub. Bəzi şeylər var, açıqlamaq istəmirəm. Çünki o övladlarımın atasıdır. Mən hər zaman boşanmaqdan qorxmuşam. Ona görə də gec ailə qurmuşam. İstədim ki, ailəm ömürlük olsun, üzərimdə "boşanmış qadın" adı olmasın. Çünki boşanmış qadın nə qədər də təmiz olsa, ona kənardan pis gözlə baxırlar. Ona görə də mən hər şeyə dözməyə hazır idim".
Leyla, boşanma qərarını həyat yoldaşının verdiyini etiraf edib:
"Bilən bilir ki, bu ayrılıq paylaşımını qarşı tərəf edib, mən yox. Çünki problemlərimiz olsa da, hardasa düşünürdüm ki bəlkə düzələcək... Bakıya gəldik, münasibətlərimiz normallaşmağa doğru gedirdi. Hətta Azərbaycana qayıtmağı da düşünürdük, burada yaşayacaqdıq, olmadı. Amma o paylaşımı görəndən sonra dedim ki, çox qırılmışam, əsla barışmaram çünki artıq heç nə əvvəlki kimi ola bilməz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım





