“Elçin İlhamə Quliyevanı parodiya edəndə çox qorxurdu, mənə zəng etdi ki...”- FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Teatrdan vaxtsız getmədim. Zatən indi teatrda müqavilə ilə işləyirlər. Yaxşı ki, getdim deyirəm. Bu gün 13 ildir həyatdayam. 13 ildir teatrdan çıxmışam. Mən və Zərnigar Ağakişiyeva müdirin münasibətindən inciyib getdik. Qalanlar da yaxşı etdi ki, qaldı"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, məşhur aktrisa Kübra Əliyeva deyib. O daha sonra əlavə edib.
"Teatrı da, bütün aktyorları da çox sevirəm. Yaxşı ki, çıxdım teatrdan. Yoxsakı məni böyük bir fəlakət gözləyirdi. Məndə olan xərçəng artıq metastaz vermişdi. Bu xəstəliyi tapdım, mən onlarla əlləşdim. Teatrda olsaydım, edə bilməzdim. O qədər teatra sadiq idim ki.. Nə gecikmirdim, nə məşqlərimdən qalmırdım.. Kiçik bir rol da versəydilər mənə bu gün həyatda yox idim. Çünki o rolumu atıb, həkimə getməyəcəkdim. Bizim vaxtında çəkdiyimiz əziyyətləri indiki aktrisalar, aktyorlar çəkmir. Gələn kimi deyir ki, mənə böyük rol verin, mən ulduzam, filankəsəm, filanam! Biz bunu etmədik. Nəsibə xanım teatra girəndə Kübra gedib arxada dayanırdı. Çünki ona hörmətim var idi. Nəsibə xanım, Siyavuş Aslan, Zemfira Quliyeva və s. çalışdığım sənətkarlar mənə salam verib, hal-əhvalımı soruşanda özümü yaxşı hiss edirdim, xoşbəxt olurdum.. Mən həyəcanla fikirləşirdim ki, görəsən onların içinə girə biləcəm, onların yolunu gedə biləcəmmi? Ey gənclər, tələsməyin! Tələsmək olmur. Sən birdən birə ulduz olmaq istəsən, tez sönərsən" deyə aktrisa bildirib.
Sənətkar parodiya sənətindən də danışıb.
"Parodiya edən şəxs obrazın geyimini, saç düzümünü, üz cizgilərini həmin şəxsə oxşatmağı bacarmalıdır. Əgər tamaşaçılar parodiyanı gülüşlə qarşılayırsa, demək ki, uğurlu alınıb. Parodiyanı gözəl edən aktyordan incimək düzgün deyil. Parodiyanı edərkən etdiyin sənətkarın elə bir ştrixlərini etməlisən ki.. Mən parodiya edə bilmirəm, ona görə də etmirəm. O da bir talantdır, istedadddır. O aktyorun ştrixlərindən, ya səsindən, ya çənəsini, ya bir şeyini düzgün göstərməlisən! Bəyənilməyənə baxılmır. Mən bəyənmədiyim şeyə heç baxmıram. Vaxtımı da aparmıram. Rəhmətlik Elçin Həmidov İlhamə Quliyevanı parodiya etmişdi.. Elçin çox çalışırdı. O İlhaməni parodiya edən günü mən Gəncədə idim. Mənə zəng etdi ki, Kübra, qaçmaq istəyirəm?! Dedim ki, hara? Dedi ki, "saraydan çıxmaq istəyirəm, İlhamə özü də konsertə gəlib". Dedim ki, vallah o səni alqışlayacaq. Elə də oldu. Qorxurdu İlhamədən, özü də çox qorxurdu. Gördünüz nə qədər uğurlu alındı?! Onun gözəl səsi var idi, ilk dəfə o oxuyanda zal elə bildi ki, İlhamə oxuyur, bir boğaz etdi, onda alqış qopdu. Parodiya budur" deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
XƏBƏR LENTİ
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya





