Tanınmışlardan Aytən Səfərovaya ağır cavab: “Qabağına bir-iki qıllı kişi çıxıb...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Aytən Səfərova azərbaycanlı kişiləri tənqid edib. Aparıcı onların natəmizliyindən söz açaraq bildirib ki, indiki kişilərin burnundan, qulağından tük çıxır.
Milli.Az bildirir ki, məsələ barədə rejissor Kənan MM "Yeni Sabah"a açıqlama verib.
O bildirir ki, təmizlik və səliqə insanın təbiətindən asılıdır:
"Təmizlik imandan gəlir. Baxımlı olmaq nə qadın, nə də kişidən asılıdır. Bu kimi məsələlər insanın təbiətindən, təmizlik və səliqəsindən irəli gəlir. Kimsə baxımsız görünürsə, bəlkə onun bir şampun almağa belə pulu yoxdur. Həmin məsələyə onun pəncərəsindən yanaşsaq, bunun səbəbini daha yaxşı anlaya bilərik. Kim istəyər ki, cəmiyyət onun baxımsız olduğunu fikirləşsin? Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Buna əsasən deyə bilərəm ki, bizim xalq dünyanın ən baxımlı, təmiz, səliqəli xalqıdır. İstər qadınlarımız olsun, istərsə də kişilərimiz bu mövzuda digər ölkələrin vətəndaşlarından çox-çox irəlidədirlər".
Kənan MM müasir qadınlardan da söz açıb:
"Bütün xanımlar həyatındakı kişinin baxımlı və səliqəli olmağını arzulayır. Ancaq inanmıram ki, qadınlar qarşısında qaşını aldıran kişi görmək istəsin. Doğrudur, dövrümüzdə dominant qadınların sayı da az deyil. Bəzi qadınlar rəfiqələrinin yanında özünü elə göstərir ki, sanki kişisindən qorxur, ancaq kişinin dostlarının yanında öz sözü keçir kimi görünmək istəyirlər".
Tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu isə "Yeni Sabah"a bildirib ki, kişinin baxımlı olması üçün salona getməsinə ehtiyac yoxdur:
"Hansı kişi qadınlar kimi salona gedər? Bu biabırçılıqdır. Kişi özünə baxmaq istəyirsə, təmiz olmaq istəyirsə salona getməsinə ehtiyac yoxdur. Bütün bunları öz evində etsin. Bəzi adamlar bilmir ki, nə edib gündəmdə qalsınlar. İndi onun qabağına bir-iki qıllı kişi çıxıb deyə belə fikirlər səsləndirir.
İnsanların müəllim, həkim, jurnalist, müğənni olmağının fərqi yoxdur. O əgər pintidirsə, hansı peşədə olmağına baxmayaraq həmişə pinti olacaq. Bir nəfərin sözü ilə hərəkət etmək olmaz. Bizim cəmiyyətdə əvvəllər heç başına xına yaxan kişilərə birmənalı yanaşmırdılar. Kişi gərək bir az ağbaş, keçəl olsun. Artıq gözümüz bu formaya öyrəşib.
Səhnəyə, verilişlərə çıxan kişilərdən fərqli olaraq, adi insanlarımız özlərinə o qədər də fikir vermir. Efirə çıxan kişi məhşurlar bəlkə də 5-6 saat qabaq salona gedib, hazılaşırlar. Ancaq sadə həyat tərzi olan kişilər bunu etmir. Onlar özlərinə fikir vermirlər. Həddindən artıq baxımsızdırlar. Bütün bunların hamısı kasıblıqdandır. Onlar bir tikə çörək üçün səhərdən-axşamacan işləyib yorulurlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
XƏBƏR LENTİ
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu





