Naziləyə məhkəmədə uduzan Fatimə: “O məni heç vaxt...” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əgər bu gün müştəri məni və qarşı tərəfi (məhkəməlik olan şairə Nazilə Səfərlini nəzərdə tutur - red.) xına məclisində görmək istəyirsə, burada heç bir problem yoxdur. Səhnə səhnədir! Lazım olsa, məclisdə onun adını çəkib, təqdim edə bilərəm. Lazım olsa, qarşı tərəf xanım da özünə yaraşan kimi məni təqdim edər. O söylədiyiniz xanım çalışır ki, "yüksək" təqdimatla özünü təqdim etsin".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ARB" televiziyasına müsahibəsində deyib.
Sənətçi bildirib ki, gəlinin başına xınanı aparıcı yox, yaşı 50-dən artıq olan xanım çəkməlidir:
"Xınanı gəlinin başına aparıcı çəkmir. Xınanı bəy tərəfin başı bütöv, övladlarına yarıyan bir xanım çəkməlidir. Yəni bizim yaşımıza çatmaz, biz gəlinin başına xına çəkək. Nazilə deyir ki, o məndən cavan və bir neçə bayram kiçikdir. Başı bütöv, övladlarına yarıyan nə deməkdir, yəni yaşı 50-yə yaxın xanım olmalıdır ki, xınanı gəlinin başına o yaxsın. Hansısa xınaya gedəndə məclis yiyələri mənə deyir ki, arzumuzdur ki, gəlinin başına xınanı siz yaxasınız. O istək olanda əlbəttə ki, mən yaxıram. Amma əgər məclisdə xına davası olacaqsa..."
Fatimə Naziləni ömür boyu xına üstündə dava etməkdə ittiham edib:
"Onsuz da ömür boyu Nazilə xına davası edir. O, xına davası aparır. Mən xına davası edən insan deyiləm. İstəyir öz başına və ya kiminsə əlinə yaxırsa, yaxsın. Mən özümə hörmət edən qadınam və heç vaxt kiminsə önündə aciz olmaram".
Müxbirin "Sizin bir neçə gün əvvəl behləşdiyiniz bir toy vardı və o toyu Nazilə Səfərli sizi çox istədiyinə görə yola verdi. Bəs, bu necə dostluq idi, bu necə oldu, düşmənçilik?" sualına Fətəliyevanın cavabı belə olub:
"Mən Nazilə ilə heç zaman dost olmamışam. O, həmin məclisə pulsuz getməyib. O qonorarını alıb. Əslində, o qonorarı almağa mən gedəcəkdim. Ona o qonorarı verdim. Üstündən bir müddət keçəndən sonra Nazilə başıma vurdu ki, mən o qiymətə getmirdim. Bilmirəm, Nazilə hansı qiymətə gedir... Hər zaman deyirəm ki, anam və övladlarım üçün canımdan keçərəm. Amma qaldı ki, həyatda məni o qədər əzən insanlar var ki... Elə o insanlardan biri də Nazilədir.
O məni heç zaman əzə bilməz". Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsində də Nazilə Fatiməyə qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası





