Şou-biznes

Elnarəyə Zaurdan cavab: Qatıqlaya-qatıqlaya... - VİDEO

9 Noyabr 2023 10:47
Baxış: 10 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi "yedizdirsələr" o da "yeyiləcək", təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib. 

Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib: 
"O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil". 

Proqramın aparıcısı Zaur Baxşəliyev "O dövrdə "ABBA" kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?" deyə Elnarəyə sual ünvanlayıb. 

Xəlilova isə cavabında "O mahnıları tənqid edən "ABBA" kanalında "Qatıq kliplər" adlı rubrika vardı" sözlərini dilə gətirib. 

Aparıcı bu anda "Elə o "Qatıq kliplər" dediklərinizi - "qatıqlaya-qatıqlaya" gəlib populyar edirlər də... İnsan necə populyar olur, "qatıqlaya-qatıqlaya". Yəni belə populyar olurlar da... Ağılla-başla populyar ola bilmir axı... " kəlimələri gülərək ifadə edib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.