Əməkdar artist Rafael İsgəndərov həmkarı Dilarə Əliyeva ilə arxiv fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rafael şəklin 2003-cü ildə lentə alındığını bildirib.
"20 il bir göz qırpımında gəlib keçdi. Amma çox gözəl xatirələr qaldı. Dünyasını dəyişən aktyor dostlarımıza Allah rəhmət eləsin, qalanlara can sağlığı və uğurlar" deyə, Rafael paylaşımında yazıb.
Qeyd edək ki, foto "Məhəllə" filmində lentə alınıb.
Milli.Az