Şou-biznes

“Musiqi ilə bağlı problemlər çoxdur” - Flora Kərimova

29 Oktyabr 2023 17:26
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Musiqi ilə bağlı problemlər çoxdur, problemlərə münasibət lazımdır. Onların qayğısını çəkmək lazımdır".

Milli.Az bildirir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti Flora Kərimova deyib.

"Mən musiqidə mədəniyyət problemini görürəm. Ən birinci musiqiçinin, ifaçının intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni, musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik", - Xalq artisti əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.