Şou-biznes

"Ağbəniz" filminin ilk kadrı yayımlandı - FOTO

29 Oktyabr 2023 12:51
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Disney" 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" klassik cizgi filminin film adaptasiyasından ilk rəsmi kadrı təqdim edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, görüntüdə Latın Amerikalı aktrisa Reyçel Zeqlerin canlandırdığı baş qəhrəman meşə daxmasında yeddi cırtdanla əhatə olunub vəziyyətdə qeyd olunub. 

Filmin premyerası 2024-cü ilin martından 2025-ci ilin martına təxirə salınıb. Təxirə salınmanın rəsmi səbəbi Hollivud aktyorlarının davam edən tətilidir. Lakin "Disney"-in qərarına filmin anonsunun çoxsaylı qalmaqallarla yadda qalmasının təsir etdiyi vurğulanıb. 

Aktrisanın tənqid olunmasına səbəb isə açıqlaması olub.  Bəzi internet istifadəçiləri aktrisanın 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" cizgi filmini son dərəcə köhnəlmiş adlandırmasını klassikə hörmətsizlik kimi qəbul ediblər. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.