Şou-biznes

Rusiyada bu mahnı bütün ölkədə qadağan edildi

14 Oktyabr 2023 01:15
Baxış: 1 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada bir pank qrupun "Bu da keçəcək" (Это пройдёт) mahnısı qadağan olunmuş məlumatlar siyahısına əlavə edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bloklamanın təşəbbüskarı ölkənin Baş prokurorluğu olub. Federal qurum hər hansı bir mətndə "dövlətə hörmətsizlik", "Rusiya ordusu haqqında saxta informasiya" və ya "kütləvi iğtişaşlara çağırışlar olduğunu" hesab edərsə, onu bloklaya bilər.

Qrup 2019-cu ildə Moskva Şəhər Dumasına seçkilərdə müstəqil namizədlərin xaric edilməsinə qarşı kütləvi etirazlar zamanı həmin kompozisiyanı yayıbmış.

Mahnıda "morqdakı dünənki diktator" və "Rus dünyasının svastikası" ilə bağlı sətirlər federalların xoşuna gəlməyib. Nəğmənin nəqarət hissəsi isə hissəsi belədir:

"Bu da keçəcək!

Necə qaranlıq bir əsrə düşdük,

Lakin mən uzaqdan

Unudulmuş işığın yaşayan ümidini görürəm, ona görə də mənə inan

Bu, mütləq keçəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.