Şou-biznes

Pərvin Abıyeva növbəti dəfə estetik əməliyyat etdirdi - VİDEO - FOTO

8 Sentyabr 2023 11:24
Baxış: 3 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva estetik əməliyyat keçirib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda məşhur sosial şəbəkə hesabında məlumat yayıb. 

Abıyeva kosmetoloji prosedurdan sonra güzgü qarşısına keçərək, yeni görünüşünü lentə alıb. Pərvin bildirib ki, o "full face" proseduru etdirib.   

"Full face" proseduru zamanı dəri altında olan əzələlər və dəstək toxumalar da sıxılır. Üz gərdirmə əməliyyatlarında aşağıya doğru sallanan dəri və toxumalar yuxarı çəkilərək bərpa edilir. Beləliklə, sallanma və qırışlardan şikayət edən xəstələr daha gənc görünürlər. 
Aktrisa əldə etdiyi nəticədən "yerlə-göy" qədər razı qaldığını vurğulayıb.  

Qeyd edək ki, bu P.Abıyevanın ilk estetik əməliyyatı deyil. Beləki ulduz daha əvvəl üzündə və əllərində kök hüceyrə əməliyyatı etdirmişdi.   

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.