"Salam mən Zarina. Bu arada sizlərlə yenidən tanışdıq axı..."
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova yazıb.
"Gülüşlərimin arxasında gizlətdiyim kövrək, həssas eyni zamanda dəli-dolu, dəcəl dünya boyda ürəyi olan balaca, zərif qızcığazı sizlərlə olduğu kimi tanışdırmağıma sevindim. Bölüşmək gözəlmiş. Sevincimizi bölüşdüyümüz kimi kədərimizi də paylaşmalıyıq".
Milli.Az