Şou-biznes

Üç gün konsert verən Röya səhnədə aldığı bədən xəsarətlərini GÖSTƏRDİ – VİDEO

4 Sentyabr 2023 18:32
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan ötən həftə üç gün Konqres Mərkəzində keçirilən canlı solo konsert proqramı ilə çıxış edib. 

Milli.Az bizim.media-ya istinadla xəbər verir ki, ifaları ilə yanaşı perfomansı üçün "dəridən qabıqdan" çıxan sənətçi səhnədəki riskli hərəkətlərinə görə müxtəlif bədən xəsarətləri alıb. 

Röya bununla bağlı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü videoda məlumat verib. 

"Dərim qaradır deyə o qədər də görsənmir. Amma ayağımdakı şişə baxın... Özümə deyirəm ki, nə olub axı belə olmuşam? Konsert zamanı səhnədə var gücümlə hoppanıb dizlərim üstə qalıram. Bunu etmişəm, amma yadımdan çıxıb. Yaxşı, dizi üstə oturdum belə oldum, bəs qollarım hara dəyib? Bu nə şikəstlikdir?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.