Şou-biznes

"Qalmaqal lazım olsa telefonumda elə səsyazıları var ki..." - VİDEO

20 İyul 2023 14:26
Baxış: 1 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həmkarlarımla dava etməyi sevmirəm. Hamıyla münasibətim yaxşıdır. Dost dediyim insan haqda pis danışa bilmərəm. Çünki özüm də bu sənətdəyəm. Hər kəsin öz qabiliyyəti var".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Səhərin səsi" verilişində deyib. O, aralarında söz-söhbət yaşanan Niyam Salami haqda artıq söz danışmayacağını bildirib:

"Niyam dostumdur, canımdır. Onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nəsə tövsiyyə etməyəcəyəm ki... Az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram. Mənim xanımlığım, şəxsiyyətim var. Özümə dəyər verdiyim üçün heç zaman dost haqqında artıq söz demərəm. Niyam istəmirsə məni danışdırmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda artıq sözlər olub, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında dost deyirdin? Mənə gündəm və ya qalmaqal lazım olsa, telefonumda elə səsyazıları var ki, onu ortalığa çıxarsam, hamı ondan yazar. Mənə belə şeylər yox, sənətim, xanımlığım lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.