Şou-biznes

"Niyə Bəhram Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər?"

16 İyul 2023 23:12
Baxış: 2 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yazıçılar Birliyinə tək şairlər üzv olmur. Nə qədər savadsızdılar. Mənim də kitabım var. Bəhram Bağırzadə şairdir? Bakılılar haqda kitab yazır, oranın üzvüdür".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Səhərin səsi" verilişində deyib. Müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsini tənqid edənlərə cavab verib. O bildirib ki, əməkdar artist Bəhram Bağırzadə şair deyil, amma sözügedən birliyə üzvdür:

"Niyə Bəhram Bağırzadə Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər? Hamısı qorxudandır. Bilirlər ki, Elza olan yer canlanır. Bir şairin 22 kitabı var, deyir, başına "cürbəcür şeylər qoyursan". Cürbəcür nədir? Onda əti qaynadaq qoyaq stola? Bir toyuqdan neçə cür yemək hazırlayırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.